Tanınmış teleaparıcı narkomanlıqdan qurtulmağa çalışır

Tanınmış teleaparıcı Xose Bernardo, narkotik asılılığından xilas olmaq üçün mübarizə aparır. Reabilitasiya mərkəzində müalicə alan aparıcı, həyatda qalmaq üçün verdiği mübarizəni və yaşamaq arzusunu "Xəzər Xəbər"ə açıqlayıb.

Tanınmış teleaparıcı narkomanlıqdan qurtulmağa çalışır
Xose Bernardo
reklam

Tanınmış teleaparıcı Xose Bernardo narkotik asılılığından xilas olmaq üçün mübarizə aparır. Hazırda reabilitasiya mərkəzlərindən birində müalicə alan Xose, bu çətin dövrü həyatının dönüm nöqtəsi olaraq qiymətləndirir. O, başına gələnləri "Xəzər Xəbər"ə belə açıqlayıb:

"Həyatımda belə bir məqam oldu ki, seçim etməli oldum: ya yaşamalıyam, ya həbsxanada olmalıyam, ya da dünyamı dəyişməliyəm. Mən yaşamağı seçdim. Allaha şükür olsun ki, belə yerə gəldim, qapı açdılar. Sağlam olmağı seçdim, yaşamaq istəyirəm."