Ofeliya Sənaninin son vəziyyəti ilə bağlı açıqlama
Xalq artisti Ofeliya Sənani, bir müddət əvvəl xəstəxanaya yerləşdirildiyini və müalicəsinin davam etdiyini açıqlayıb. O, hal-hazırda evdə olduğunu, amma hələ də ciddi sağlamlıq problemləri ilə üzləşdiyini bildirib.
Xalq artisti Ofeliya Sənaninin son vəziyyəti ilə bağlı yeni məlumatlar açıqlanıb. Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən sənətçi, artıq evə buraxıldığını qeyd edib. Lakin özünü hələ də yaxşı hiss etmədiyini, müalicəsinin davam etdiyini bildirib.
Ofeliya Sənani, son vəziyyəti ilə bağlı "Bir həftə əvvəl xəstəxanadan evə buraxılmışam. Amma yaxşı deyiləm. Müalicəm davam edir. Həkimlər deyir ki, hələ uzun müddət müalicə almalıyam", – deyə açıqlama verib.
O, böyrəklərində problem olduğunu və qan təzyiqinin yüksək olduğunu da vurğulayıb. "Böyrəklərim işləmir, qan təzyiqim yüksəkdir. Əməliyyat isə olmaz. Çünki xroniki problemdir. Əməliyyat olsam belə, problem aradan qalxmayacaq", – deyə Xalq artisti bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ofeliya Sənani infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.