Tatyana Lazareva Terrora bəraət qazandırdığı üçün cəza aldı

Rusiyalı tanınmış aparıcı-aktrisa Tatyana Lazareva, terrora açıq şəkildə bəraət qazandırdığı üçün 6,5 il müddətinə azadlıqdan məhrum edilib və beynəlxalq axtarışa verilib.

Tatyana Lazareva Terrora bəraət qazandırdığı üçün cəza aldı
Tatyana Lazereva
reklam

Rusiyalı tanınmış aparıcı və aktrisa Tatyana Lazareva, terrora açıq şəkildə bəraət qazandırdığı üçün qiyabi olaraq 6,5 il müddətinə azadlıqdan məhrum edilib. Moskva prokurorluğunun verdiyi məlumata görə, bu qərar Hərbi Məhkəmə tərəfindən qəbul edilib.

2022-ci ilin fevralında, Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyərək ölkəni tərk edən 58 yaşlı Lazareva, bu addımı ilə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Buna görə də, o, qiyabi həbs olunub və beynəlxalq axtarışa verilib.

Lazarevaya qarşı irəli sürülən maddəyə əsasən, ən yüksək cəza 7 il müddətinə azadlıqdan məhrumetmədir. Hökmlə bağlı qərar hələlik qanuni qüvvəyə minməyib və aktrisa qərara şikayət edə bilər.