Nicat Rəhimovun səhhətində şəkər problemi yaranıb
Aktyor Nicat Rəhimovun səhhətində şəkər problemi yaranıb. Onun dostu və həmkarı Elşən Orucov, Nicatın şəkərinin yüksək olduğunu və dörd gündür vəziyyətinin düzəlmədiyini açıqlayıb.

Aktyor Nicat Rəhimovun səhhətində problem yaranıb. Onun dostu və həmkarı Elşən Orucov, "Xəzər axşamı" verilişində bu barədə məlumat verib. Elşən Orucov bildirib ki, Nicatın şəkəri yüksəlib və dörd gündür şəkəri düşmür. O, bu halda belə verilişə qatılmağa gəlmişdi, lakin həmkarları onu vəziyyəti nəzərə alaraq qayıtmağa məcbur ediblər: "Nicat da proqramada iştirak etməli idi, amma şəkər xəstəsidir. O halda belə gəlirdi, amma xahiş etdik ki, qayıtsın, çünki özünü pis hiss edəcək."
Xatırladaq ki, Nicat Rəhimov bu gün "İncə səhər" verilişində mərhum dostundan danışıb.