"Toyum ad günü kimi keçdi"
Əməkdar artist Sevda Ələkbərzadə toyunun sadə keçdiyini bildirib. Müğənni bu barədə "Zaurla Günaydın" verilişində danışıb.

"Toyum ad günü kimi keçdi. O qədər az adam çağırmışdım ki... Anam həmin ərəfədə xəstə idi, başım qarışmışdı. O hayda deyildim", – deyə Sevda qeyd edib.
Qeyd edək ki, Sevda Ələkbərzadə 2014-cü ildə ABŞ-da bizneslə məşğul olan Kamiyar adlı şəxslə ailə qurub. Cütlük 2016-cı ildə ayrılıb.