Faytonçu Nazim insult keçirdi

Faytonçu Nazimə işemik insult diaqnozu qoyulub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faytonçu Nazim insult keçirdi
Nazim Pişiyari
reklam

Faytonçu Nazim insult keçirib. 30 yanvar 2025-ci il tarixində saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisində yıxılma səbəbindən təcili tibbi yardım briqadası çağırılıb.

Təcili tibbi yardım briqadası tərəfindən Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstə klinikaya qəbul edildikdən sonra neyrocərrah tərəfindən müayinələrdən keçirilib. Məlumatlara görə, Nazimə işemik insult diaqnozu qoyulub.

Həmin gün saat 23:56-da xəstə təcili tibbi yardımdan sonra özəl bir müəssisəyə hospitalizasiya olunub.