"Uzak Şehir" Serialı Etirazlara Səbəb oldu
Türkiyədə yayımlanan “Uzak Şehir” serialı, Mardin şəhərindəki bəzi yerli sakinlər və rəsmilər tərəfindən sərt tənqid edilib. Xüsusilə, serialda yer alan bir neçə səhnə, Mardin mədəniyyəti ilə uyğun olmadığı iddia edilərək, efirdən çıxarılması tələb olunub.
Türkiyənin populyar kanallarından birində yayımlanan və baş rollarda Ozan Akbaba ilə Sinem Ünsalın oynadığı “Uzak Şehir” serialı, xüsusən Mardin şəhərində böyük etirazla qarşılanıb. Serialın bu həftə yayımlanan ilk bölümü, yerli sakinlər və bir sıra rəsmilər tərəfindən birmənalı şəkildə qəbul edilməyib.
Mardinli bəzi şəxslər serialın mədəniyyətlərinə uyğun olmadığını iddia edərək, onun yayımdan çıxarılmasını tələb ediblər. Bu tələblər arasında, serialın ilk bölümündəki yas mərasimində havaya atəş açılması səhnəsi də xüsusilə diqqət çəkib. Bu səhnə, Mardin mədəniyyətində yer almayan bir davranış kimi dəyərləndirilib və etirazlara səbəb olub.
Qeyd edək ki, serialın "Al Haybe" adlı Livan yapımından ilhamlandığı bildirilir. Bundan əlavə, məşhur müğənni Sezen Aksu seriala xüsusi olaraq "De Mardin" adlı mahnı yazıb. Lakin bu müsbət elementlər belə seriala qarşı olan tənqidlərin qarşısını ala bilməyib.
Məsələ daha da irəliləyərək, Türkiyə Böyük Millət Məclisinə qədər çatıb. Rifah Partiyasının sədr müavini və İstanbul millət vəkili Doğan Bekin, serialda nümayiş etdirilən bəzi səhnələrin Mardin mədəniyyəti ilə uyğun gəlmədiyini bildirib. O, xüsusilə yas mərasimindəki atəş açılma səhnəsinin mədəniyyətləri ilə tamamilə ziddiyyət təşkil etdiyini vurğulayıb və "bizim belə adətimiz yoxdur!" deyərək, serialın dərhal efirdən çıxarılmasını tələb edib.