"Üç Dolça Bir Arada" -FOTO
Müğənni Mətanət Əsədova maraqlı paylaşımı ilə izləyicilərinin diqqətini çəkib. O, həmkarı Xatirə İslam və rəfiqəsi, şair-qiraətçi Nazilə Səfərli ilə birlikdə restoranların birində bir araya gəlib. Əsədova bu görüşdən çəkilmiş fotonu sosial şəbəkədə “Üç dolça bir arada” şərhi ilə paylaşıb. Onların xoş əhval-ruhiyyədə olduqları şəkil izləyicilər tərəfindən maraqla qarşılanıb.
