"Kişi Heç Ailə Sirrini Efirə Çıxarar?"

Xalq artisti Afaq Bəşirqızı cəmiyyətin dəyişən dəyərlərindən narahat olduğunu bildirib. O, milli mentalitetin zəifləməsindən və şəxsi həyatın efirlərdə müzakirə olunmasından narazılığını ifadə edib.

"Kişi Heç Ailə Sirrini Efirə Çıxarar?"
Afaq Bəşirqızı
reklam

Tanınmış Xalq artisti Afaq Bəşirqızı son zamanlar cəmiyyətdə baş verən hadisələrdən narahatlığını ifadə edib.

O, xüsusilə gənclərin gələcəyi barədə düşündüyünü və bəzi məqamlardan ciddi narahat olduğunu bildirib:
"Baş verən hadisələr məni çox çaşdırır. Gəncləri, gələcəyi düşünürəm. Çünki gələcəyimiz məhz onlardır, dünyanı idarə edən insanlardır. Ona görə də gördüklərim, oxuduqlarım və rastlaşdıqlarım məni qorxudur."

Afaq Bəşirqızı ailə məsələlərinin efirdə müzakirə olunmasını tənqid edib və bunun Azərbaycan kişisinə yaraşmadığını vurğulayıb:
"Mənə elə gəlir ki, milli mentalitet və qeyrət anlayışı artıq simvolik hala gəlir. Sən Azərbaycan kişisi dedin, mütrifi demədin. Kişi heç öz ailə sirrini efirə çıxardar, efirdə danışar? Ailə məsələsini camaatın qarşısında ictimailəşdirməz. Özü də harada? Verilişlərdə."

Xalq artistinin fikirləri sosial mediada geniş müzakirələrə səbəb olub.