Üzeyir Mehdizadə: “Mənə sənətçi yox, cani kimi davranırlar”

Müğənni Üzeyir Mehdizadə "Günə bax" verilişində illərlə yaşadığı sıxıntılar və sənətdə qarşılaşdığı qərəzli münasibətlər haqqında danışıb. O, sənətindəki çətinliklərdən və ətrafındakı insanların ona qarşı olan davranışlarından şikayət edib.

Üzeyir Mehdizadə: “Mənə sənətçi yox, cani kimi davranırlar”
Üzeyir Mehdizadə
reklam

Müğənni Üzeyir Mehdizadə "Günə bax" verilişində qonaq olaraq uzun müddətdir yaşadığı sənət çətinliklərindən və ona qarşı sərgilənən qərəzli münasibətlərdən danışıb. O, əvvəlki dövrlərdə başına gələn təzyiqləri və niyə belə bir münasibətin olduğunu anlamadığını bildirib.

"Əvvəllər mənə çox basqı olunurdu. Özümə də maraqlı gəlirdi ki, axı niyə? Sonunda anladım ki, effekt verən bir şey çox müzakirə olunur. Bunun içində tənqid də olur. Amma hər şeyə hörmətlə yanaşmaq lazımdır", - deyə Üzeyir qeyd edib.

Müğənni, ona qarşı olan münasibətin qərəzli olduğunu və heç bir səhv etmədiyini vurğulayıb. "Mənə sənətçi yox, cani kimi davranırlar. Mən mahnı oxumuşam, pis nə etmişəm?" – deyə o, narahatlığını ifadə edib.

Verilişlərdə göstərilən təzyiqlərə də toxunan Üzeyir, "Baxıram mənə davranılan kimi indi kiməsə davransalar, mən narahat olaram. Mənim də bəzi tamaşaçılarım narahat olub, verilişlərdə məni aşağılayanda irad bildirirdilər", – deyib.

Bundan başqa, Üzeyir Mehdizadə, yalan danışan insanların məşhurlaşmasına da etiraz edib. "Son zamanlar görürəm ki, kim ki, yalan danışır, onların işləri yaxşı gedir. İnsanlar da onları çox sevir. Adlarını çəkməyəcəm, amma youtube-un texniki tərəflərini yaxşı bilən biri kimi deyim ki, çoxu müdaxilə edilərək ilk pillələrə çıxır", – deyə müğənni bildirib.

reklam
reklam