"Bəzi ifaçıları tədbirlərə sadəcə gülmək üçün çağırırlar"

Əməkdar artist Sevda Ələkbərzadə Azərbaycan musiqisinin keyfiyyətsiz ifalarla dəyərsizləşdirilməsindən şikayətlənib. O, bəzi tədbirlərə səviyyəsiz ifaçıların sadəcə əyləncə və gülüş üçün dəvət edildiyini bildirib.

"Bəzi ifaçıları tədbirlərə sadəcə gülmək üçün çağırırlar"
Sevda Ələkbərzadə
reklam

Əməkdar artist Sevda Ələkbərzadə televiziya verilişlərində və tədbirlərdə bayağı ifaçıların peşəkar sənətçilərlə eyni səviyyədə təqdim olunmasından narazılığını ifadə edib.

O, çıxışı zamanı Azərbaycan musiqisini layiqincə ifa edən sənətkarlarla keyfiyyətsiz mahnılar oxuyanların eyni səhnəyə çıxarılmasının tamaşaçıları çaşdıra biləcəyini vurğulayıb:

"Heç kimə deyə bilmərsən ki, bu mahnını oxuyub internetə vermə. Bu, mümkün deyil. İfaçı özü bilər. Baxma, dinləmə... Amma illərlə Azərbaycan musiqisini düzgün şəkildə ifa edən insanları bayağı mahnılar oxuyanlarla bir verilişdə görürük. Aparıcı bizi eyni şəkildə təqdim edir. Tamaşaçı isə bunu izləyərək, bayağı musiqini də keyfiyyətli hesab edir. Axı hamı musiqişünas deyil."

Sevda Ələkbərzadə tədbirlərdə də eyni tendensiyanın müşahidə olunduğunu qeyd edib:

"Elə tədbirlər var ki, bəzən ora dəvət edilən ifaçıları görəndə təəccüblənirəm. Başa düşürəm ki, onları sadəcə gülmək üçün çağırıblar. Amma heç kimin haqqı yoxdur ki, kiməsə gülsün. Əgər birini dəvət edirsənsə, bunu düzgün şəkildə et və ya heç etmə."

reklam
reklam