Xalq artisti dələduzların qurbanı oldu-FOTO

SSRİ Xalq artisti, məşhur balerina Qabriela Komleva telefon fırıldaqçılarının hiyləsinə aldanaraq 9 milyon rublunu itirib. Dələduzlar özlərini hüquq-mühafizə orqanlarının nümayəndəsi kimi təqdim edərək sənətçini aldadıblar. Hadisə ötən il baş versə də, Komleva bu barədə yalnız indi polisə məlumat verib.

Xalq artisti dələduzların qurbanı oldu-FOTO
Gabriela Komleva
reklam

Məşhur sovet balerinası, SSRİ Xalq artisti Qabriela Komleva telefon dələduzlarının qurbanı olub. Fırıldaqçılar sənətçinin 9 milyon rublunu ələ keçiriblər.

Zərərçəkənin sözlərinə görə, ona ötən ilin payızında dəfələrlə zəng edilib. Dələduzlar hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim olunaraq Komlevanın vəsaitinin təhlükədə olduğunu bildiriblər. Onlar balerinanı inandırıblar ki, pulu qorumaq üçün onlara verməlidir.

Aldadılan sənətçi noyabr ayında hesabından böyük məbləğdə pul çıxararaq naməlum şəxslə görüşüb və vəsaiti ona təhvil verib. Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, Qabriela Komleva yalnız ötən həftə polisə müraciət edib.

Hüquq-mühafizə orqanları artıq fırıldaqçılar barəsində cinayət işi açıb və onların tapılması üçün araşdırmalara başlayıb.

Qeyd edək ki, Qabriela Komleva klassik balet sənətində böyük iz qoymuş sənətkarlardan biridir. O, RSFSR və SSRİ-nin Xalq artisti fəxri adlarına layiq görülüb.

reklam
reklam