Xalq artisti ilk dəfə Xankəndidə səhnəyə çıxdı – VİDEO

Xalq artisti Tünzalə Ağayeva Qarabağın incisi olan Xankəndidə konsert proqramında iştirak edib. İlaxır çərşənbəyə həsr olunmuş gecədə sevilən ifaçı hit mahnılarını səsləndirib. Onun çıxışı izdiham və gur alqışlarla qarşılanıb. İlk dəfə Xankəndiyə səfər edən müğənni bu anın onun üçün böyük qürur olduğunu bildirib.

Xalq artisti  ilk dəfə Xankəndidə səhnəyə çıxdı – VİDEO
Tünzalə Ağayeva
reklam

Xalq artisti Tünzalə Ağayeva Qarabağın ən gözəl guşələrindən biri olan Xankəndidə keçirilən konsert proqramında iştirak edib.

İlaxır çərşənbəyə həsr olunan gecədə sevilən ifaçı bir sıra hitlərini səsləndirərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Uşaqdan böyüyə hər kəs müğənninin ifalarına qoşularaq mahnıları əzbər oxuyub. Tünzalə Ağayevanın çıxışı böyük coşqu, izdiham və gur alqışlarla qarşılanıb.

İlk dəfə Xankəndiyə səfər edən estrada ulduzu sevincini belə ifadə edib: "İlaxır çərşənbəmiz, Novruzumuz mübarək! Novruz bizə xeyir, bərəkət və sağlamlıq gətirsin. İlk dəfə Xankəndidə olmaq və belə bir gündə səhnəyə çıxmaq mənim üçün böyük qürurdur. Xankəndi, səni görmək ən gözəl bayramdır!"

Tədbir üçün xüsusi olaraq yerli dizaynerlər tərəfindən hazırlanmış qırmızı geyimdə səhnəyə çıxan sənətçi geyimi ilə də diqqət çəkib. Onun Novruz konseptli obrazı, xüsusi toxunmuş üst geyimi və stilist Sabir Bağırovun imzasını daşıyan saç düzümü və makiyajı izləyicilərin marağına səbəb olub.

Tədbirdən ən maraqlı görüntüləri təqdim edirik:

reklam
reklam