Xalq artisti səhnədə vəfat etdi
Şimali Osetiya-Alaniya Respublikasının Xalq artisti, "Alan" dövlət ansamblının orkestr rəhbəri Elza Datiyeva Çeçenistanın "Noxço" dövlət rəqs ansamblı ilə birgə konsert zamanı dünyasını dəyişib. O, səhnədə özünü pis hiss edərək huşunu itirib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
