Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Bakı şəhərinin ilk baş rəssamı və Xalq rəssamı Tofiq Ağababayev 97 yaşında dünyasını dəyişib. Onun vida mərasimi Təzə Pir məscidində keçirilib.
Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olan Tofiq Ağababayev 97 yaşında vəfat edib. Onun ölüm xəbəri ilə bağlı “Xəzər” Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə sosial şəbəkə hesabında məlumat yayıb.
Rəssamın vida mərasimi 22 dekabr, saat 14:00-da Təzə Pir məscidində keçirilib.
Tofiq Ağababayev 1992-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2006-cı ildə isə Xalq rəssamı fəxri adı ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2008-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 2023-cü ildə isə Xalq rəssamı "Şöhrət" ordeni ilə təltif edilmişdi.