Xatun nəvəsinin fotosunu paylaşdı: "Aygün Kazımovaya oxşayır"-FOTO
Müğənni Xatun Əliyeva ilk dəfə nəvəsini ictimaiyyətə təqdim edib. "Qonaqcanlı" proqramında nəvəsinin fotosunu paylaşan Xatun onun adını Adel qoyduqlarını bildirib. Maraqlı məqam isə nəvəsinin Xalq artisti Aygün Kazımovaya bənzədilməsi olub. Müğənni bu barədə zarafatla, "Oğlum məni evə buraxmayacaq," deyə qeyd edib.
