"Həyatımda, qəlbimdə elə bir insan yoxdur ki, onu sevməyim. Hər kəsi sevirəm. Səhnəyə çıxanda sizin sevgi ilə qarşıma qaçmağınızın nəticəsi mənim sizə olan sevgimdir. Həmin sevgi enerjisini mən sizə ötürürəm", - deyə Aygün Kazımova bildirib.
Pop kraliça, "Tarixin bir günü" verilişində meyxanaçı Namiq Qaraçuxurlu ilə əlaqəsindən danışıb. Kazımova, Namiqlə ancaq səhnədə bir araya gəldiklərini qeyd edib.
"Bu yaxınlarda toyda idik. Bəy oxumağa başladı, Namiq dedi ki, hətta bəy oxudu. Dedim, Namiq sən eşqi, sevgini nə bilirsən. Bunlar içdən gəlir. Hər bir insanla fərqli həyat yaşayırsan, sənə və ona məxsus olur", - deyə o, əlavə edib.
Kazımova, Namiqə dost kimi yanaşdığını və aralarındakı səmimiyyəti vurğulayıb: "Namiqlə ancaq səhnədə görüşürəm. Bu səmimiyyətimə tamaşaçılar inanır. Etiraf edirəm ki, aramızda yaşanan, baş verənlər, enerji, yaradıcı tandem heç bir duet ortağımla yaşanmır. Namiqin zarafatlarımdan xoşu gəlmir. Amma mən Namiqlə zarafat etməyi xoşlayıram. Axırıncı dəfə bir zarafat etmişdim, Namiqin xoşu gəlməmişdi. Nə edim, Namiq, mən beləyəm".