"Yaxşı ki, qızım olmayıb"
Aparıcı Mətanət Əliverdiyeva qız anası olmağı heç vaxt arzulamadığını bildirib. O, oğullarının seçimlərinə qarışmadığını, ailənin sevgi üzərində qurulmasının vacib olduğunu vurğulayıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Aparıcı Mətanət Əliverdiyeva "Özümüz olaq" YouTube layihəsində qız anası olmağı heç vaxt istəmədiyini açıqlayıb. O, oğlunun müstəqil qərarlar verməsinin tərəfdarı olduğunu və ailə qurarkən sevginin əsas rol oynadığını bildirib:
"Sevinirəm ki, oğlum var. Qız lazım deyil, elə oğullar yaxşıdır. Təsəvvür etmirəm ki, qızım var. Düzdür, onun kimi xoşbəxt qız olmazdı. Məni necə sərbəst böyüdüblər, onu da elə böyüdəcəkdim. Dünyanı gəzəcəkdi, ona hər şey edəcəkdim. Qıza fərqli yanaşıram. Oğlan öz yolunu tutub, yaşayacaq. Yaxşı ki, qızım olmayıb. Kürəkən ona nəsə desəydi, yazıq olacaqdı."
Aparıcı oğlunun nişanının qayıtmasından da danışıb. O, övladlarının həyat seçimlərinə qarışmadığını vurğulayıb:
"Niyə qarışım? Mən alıram, mənimlə yaşayacaq? Niyə qəbul etməyim? Mənə çatmır, gəlin mənə baxsın... Gəlin mənə qulluq etsin, çay versin? Niyə baxsın? Qulluqçudur? Olub ki, oğlum gəlib ki, filan qızı istəyirəm. "Yox" deməmişəm, demişəm bax. Hətta bir qıza üzük də taxdıq, qarışmadım. Bilirdim ki, o deyil. İstədim özü qərar versin. Sonradan özü bildi, gördü. Ailə sevgi əsasında qurulanda hər şeyə dözürsən."
admin Şub 13, 2025 0 427
AsimanFərzəliyeva Şub 9, 2025 0 17
AsimanFərzəliyeva Şub 23, 2025 0 14
AsimanFərzəliyeva Şub 1, 2025 0 9
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox