"Hepsi" qrupunu mən dağıtmamışam"

"Hepsi" qrupunun keçmiş üzvü Gülçin Ergül, Yasemin Yürükün qrupu onun dağıtdığı iddialarına cavab verib. Müğənni bildirib ki, onun gedişindən sonra qrup iki il fəaliyyətini davam etdirib.

"Hepsi" qrupunu mən dağıtmamışam"
Gülçin Ergül
reklam

"Hepsi" qrupunun keçmiş üzvü Gülçin Ergül, qrupun dağılmasına səbəb olduğu iddialarına cavab verib. O, Yasemin Yürükün bu barədə fikirlərinə reaksiya verərək, türk mətbuatına açıqlama verib.

"Mən çıxandan sonra qrup 2 il fəaliyyət göstərdi. Deməli, mən dağıtmamışam. Onlar biz 3 nəfər də davam edə bilərik deyirdilər," – deyə Gülçin Ergül bildirib.

Xatırladaq ki, "Hepsi" qrupu 2000-ci illərin populyar türk qız qruplarından biri olub və zamanla üzvlərinin solo karyeraya yönəlməsi ilə fəaliyyətini dayandırıb.