Yeni evlənən xanəndədən səmimi paylaşım –FOTO
Xanəndə Kamilə Nəbiyeva həyat yoldaşı Pərvinlə birlikdə çəkilmiş yeni fotolarını sosial şəbəkədə paylaşaraq izləyicilərinin diqqətini çəkib. Maraqlısı odur ki, cütlük eyni gündə doğulub və bu gün onların həm ad günü, həm də bir-biri üçün yaradıldıqları gün kimi qeyd olunub.
Xanəndə Kamilə Nəbiyeva instaqram hesabında həyat yoldaşı ilə birlikdə çəkdirdiyi fotoları paylaşıb. O, paylaşımında həyat yoldaşı Pərvinlə eyni gündə dünyaya gəldiklərini qeyd edib:
"25.11.1990-1991... Bu gün biz doğulduq həm də bir-birimiz üçün. Nə yaxşı ki, sən varsan... Ad günümüz mübarək, can yoldaşım. Hər zaman birlikdə!"
Qeyd edək ki, Kamilə Nəbiyeva və prodüser Pərvin ötən ay ailə həyatı qurub. Cütlüyün toy mərasimləri həm İsmayıllıda, həm də Bakıda baş tutub.