Yusif Mustafayev şadlıq evini niyə satdı?

Əməkdar artist Yusif Mustafayev bir müddət əvvəl sahib olduğu şadlıq evini satdığını açıqlayıb. Müğənni bu işlə artıq məşğul olmadığını bildirib və insanlardan ona bununla bağlı müraciət etməmələrini xahiş edib.

Yusif Mustafayev şadlıq evini niyə satdı?
Yusif Mustafayev
reklam

Əməkdar artist Yusif Mustafayev bir müddət əvvəl satdığı şadlıq evindən danışıb. Müğənni "Qonaqcanlı" verilişində bu məsələyə hələ də görə müraciətlər aldığını qeyd edib.

"Elə bilirlər ki, yenə mənimdir. Amma tövbə etmişəm, artıq işlətmirəm," – deyə sənətçi bildirib.

Aparıcı Aytəkin Mərdanovanın "Satıb, ev alıb" sözlərinə cavab verən Mustafayev bunu təsdiqləyib: "Bəli. Amma özüm satmadım, bacım və qardaşım satdı."

Qeyd edək ki, Yusif Mustafayev 2001-ci ildə sahibi olduğu şadlıq evini satdığını açıqlamışdı.