"Bir morqdan digərinə gedirdik"
Tanınmış aparıcı və rejissor Ranar Musayev Aktau faciəsində həyatını itirən qohumu İsmayıl İsmayılovun dəfn mərasimində qəlbləri sızladan açıqlamalar verib. O, ailəsinin yaşadığı dəhşətli anları və xəbərin təsirini bölüşüb.
Aparıcı və rejissor Ranar Musayevin təyyarə qəzasında həyatını itirən qohumu İsmayıl İsmayılov dəfn edilib. O, mərasim zamanı İctimai TV-yə açıqlama verərək, hadisənin ailəsi üçün necə ağır keçdiyini təsvir edib:
"Bir neçə saat ərzində 4-5 dəfə onun ölüm xəbərini eşitdik və elə bir neçə dəfə sağ olması barədə məlumat aldıq. Bu, bizə çox pis təsir etdi. Dərhal Aktauya yola düşdüm ki, öz gözlərimlə görüm. Amma orada vəziyyət daha pis idi. Bir morqdan digərinə, bir xəstəxanadan o birinə gedirdik. Tapa bilmirdik."
Bu açıqlama ailənin yaşadığı faciənin ağırlığını və onların keçirdiyi emosional sarsıntını ortaya qoyur.