Zülfiyyə İbadovanın səhhətində ciddi problem yaranıb-VİDEO

Tanınmış aşıq Zülfiyyə İbadovanın səhhətində problem yaranıb. O, uzun müddətdir müalicə aldığını və insulin dirənci səbəbindən həyəcanlanmasının məsləhət olmadığını bildirib. Sənətçi səhhətindəki problemlərdən danışaraq, başına tikiş qoyulduğunu və müalicəsinin davam etdiyini vurğulayıb.

Zülfiyyə İbadovanın səhhətində ciddi problem yaranıb-VİDEO
Zülfiyyə İbadova
reklam

Tanınmış aşıq Zülfiyyə İbadovanın səhhətində ciddi problem yaranıb. O, bu barədə iştirak etdiyi verilişdə məlumat verib. Sənətçi uzun müddətdir müalicə aldığını və sağlamlığı ilə bağlı bəzi çətinliklər yaşadığını bildirib.

"Neçə vaxtdır müalicə alıram, indi bitir. İnsulin dirəncim var. Mənə həyəcanlanmaq olmaz. Bir də durduğum yerdə yıxılırdım. Rayonda yıxıldım, başıma tikiş qoydular. Sonra həkimə getdim, boynumun arxasında siniri sıxan bir şey olduğu deyildi. Həkimlər onu da əritdi. Müalicəm davam edir" – deyə aşıq Zülfiyyə səhhəti ilə bağlı danışıb.

Sənətçinin hazırda müalicəsinin davam etdiyi bildirilir.