“Əli Nur atamın ölüsünə və ailəmə dil uzatdı”

Aktyor Cavidan Novruz Xalq artisti Əli Nurun mərhum atası Ramiz Novruz və özü haqqında səsləndirdiyi fikirlərə sərt reaksiya verib. O, Əli Nurun ona qarşı haqsız ittihamlar irəli sürdüyünü bildirib.

“Əli Nur atamın ölüsünə və ailəmə dil uzatdı”
Cavidan Novruz
reklam

Aktyor Cavidan Novruz Xalq artisti Əli Nurun onun və mərhum atası, Xalq artisti Ramiz Novruz haqqında dediklərinə sərt cavab verib. O, bu fikirlərini "Künc-bucaq" YouTube layihəsində bölüşüb.

Cavidan Novruz Əli Nurun söylədiklərini təkzib edərək bunları deyib:

"Əli Nur oğlu şəhid olmamışdan əvvəl də əsəbi idi. Teatrda hər kəs onun xasiyyətini bilir. Amma bu, ona mənə və ailəmə dil uzatmağa haqq vermir. Atamın dəfnində Mədəniyyət Nazirliyindən nümayəndələr iştirak edirdi və bütün xərcləri öz üzərlərinə götürdülər. Əli Nur dediklərinə özü də inanmır, çünki o, danışdıqlarını ertəsi gün təkzib etdi. Mən heç vaxt onun niyə gəldiyini sorğulamamışam. İnsanlar niyə ona inanır, başa düşə bilmirəm."

Aktyor Əli Nurun onu teatrdan uzaqlaşdırmağa çalışdığını da vurğulayıb:

"Məni virus adlandırır. Atamın ölüsünə və ailəmə dil uzadıb. Məni bu məsələdə ən çox yandıran, onun Ramiz Novruz kimi bir insan haqqında belə haqsız sözlər deməsidir."

Cavidan Novruz atasının mərhum Xalq artisti Telman Adıgözəlov və Əməkdar artist Teymur Əmrahla küsülü olması iddialarına da cavab verib:

reklam
reklam

"Teymur Əmrah zəng edib və adının bu məsələdə çəkilməsinə etiraz edib. Telman Adıgözəlova isə son günə qədər “əmi” deyə müraciət etmişik. Atam biz övladları üçün heç nə etməyib demirlər. Məni teatra o yox, başqaları götürüb."

Aktyor sonda Əli Nurun ona qarşı haqsız davrandığını və bu ittihamların həqiqəti əks etdirmədiyini bildirib.