"Bizi bitirməyə çalışırlar"

Cinayət ittihamları ilə həbs olunan Pi Diddi həbsxanadan Kanye Uestə zəng edərək ehtiyatlı olmasını tövsiyə edib. O, sənətçini səhnəyə qayıtmağa çağırıb.

"Bizi bitirməyə çalışırlar"
Diddy
reklam

İnsan alveri və zorakılıq kimi ciddi cinayətlərdə ittiham edilərək həbs olunan məşhur reper Pi Diddi (əsl adı - Şon Kombs) həbsxanadan həmkarı Kanye Uestə müraciət edib.

Olay.az-ın məlumatına görə, Diddi Kanye Uestə zəng edərək ona ehtiyatlı olmasını məsləhət görüb və sənətçini səhnəyə qayıtmağa çağırıb:

"Mən sənə bütün həqiqəti deyəcəyəm. Bu dəhşətli bir vəziyyətdir, ona görə də diqqətli ol. Bizi bitirməyə çalışırlar. Həbsdən çıxanda səni stadionları sarsıdan konsertlərinlə görmək istəyirəm. Yenidən səhnəyə qayıtmağın vacibdir."

Qeyd edək ki, Kanye Uest Pi Diddiyə açıq dəstək verən yeganə sənətçidir.