"300, 500 manata işləyim?"
Aktyor Elməddin Cəfərov "Qapqara" proqramında TikTok-u tənqid edərək, bu sosial şəbəkənin gənclərin tərbiyəsinə mənfi təsir etdiyini vurğulayıb. O, gənclərin şəxsiyyətsizliyi və asan pul qazanma arzularını tənqid edib.
Aktyor Elməddin Cəfərov TikTok-u tənqid edib.
Sənətçi "Qapqara" proqramında sözügedən sosial şəbəkənin gənclərin tərbiyyəsini pozduğunu bildirib:
"Üzülürəm, onları başa salsam, bəlkə doğru yola yönələr. Eləsi var ki, özündən sonra gələn nəslin tərbiyəsini çox pozur. Söhbət ailə tərbiyəsindən getmir. Şəxsiyyətsizliyi reklam edirlər.
Adamların özündə yoxdur. Özləri nədir onu edirlər. Bunun üzərindən maşın, ev alanlar var. Yeni nəsil də deyir 300, 500 manata işləyim? Buradan isə 5 min qazanırlar. Pulla geri ala biləcəyin hər şeyi sata bilərsən. Hər şeyi satmaq olar: maşın, ayaqqabı istehsal et sat, ev. Amma nəyisə pulla geri ala bilmirsənsə, satma."