Leyla Mustafayeva nadir daş tapdı - FOTO
Aparıcı Leyla Mustafayeva sosial şəbəkədə nadir bir daş tapdığını paylaşdı. O, qırmızıya bənzəyən daşın kosmik mənşəli olduğunu iddia edib və izləyiciləri ilə fotoşəkilini bölüşüb.

Aparıcı Leyla Mustafayeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
O, instaqram səhifəsində qırmızıya bənzər daşın fotosunu izləyiciləri ilə bölüşərək onun kosmik daş olduğunu iddia edib.
Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən aparıcı daşın evlərinin həyətindən tapıldığını bildirib:
"Səhər saatlarında anam onu həyətdən tapıb. Əvvəl elə bilib ki, adi daşdır. Sonra isə görüb ki, fərqlidir. Çəkisi 2 kiloqram 340 qramdır. Maraqlandım, dedilər ki, meteoritdir. Araşdırılması ilə bağlı Geologiya və Geofizika İnstitutuna müraciət edəcəyik."