39 yaşlı aktrisanın 21 yaşlı tələbəni canlandırması tənqidlərə səbəb oldu

"Kral Kaybederse" serialında 21 yaşlı tələbə rolunu oynayan 39 yaşlı Merve Dizdar sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər aktrisanın bu rola uyğun olmadığını bildirərək tənqid ediblər.

39 yaşlı aktrisanın 21 yaşlı tələbəni canlandırması tənqidlərə səbəb oldu
Merve Dizdar
reklam

Uzun zamandır gözlənilən "Kral Kaybederse" serialı nəhayət ki, tamaşaçılarla görüşüb. İlk bölümü yayımlanan serialda 39 yaşlı aktrisa Merve Dizdarın 21 yaşlı universitet tələbəsini canlandırması sosial mediada müzakirələrə yol açıb.

İzləyicilər onun bu rolda qeyri-təbii göründüyünü bildirərək, "Bu rola daha gənc bir aktrisa seçilməli idi", "Merve Dizdar çox yaxşı aktrisadır, amma 21 yaşlı tələbə roluna uyğun deyil" kimi şərhlər yazıblar.

Qeyd edək ki, baş rollarda Halit Ergenç, Merve Dizdar və Aslıhan Gürbüzün yer aldığı "Kral Kaybederse" serialı Gülseren Budayıcıoğlunun eyniadlı romanı əsasında ekranlaşdırılıb.