Vanda Nara boşanma üçün 38.5 milyon avro tələb edir
Məşhur futbolçu Mauro İkardinin həyat yoldaşı Vanda Nara boşanma prosesi ilə bağlı maraqlı tələb irəli sürüb. İkardinin 77 milyon avroluq sərvətinin yarısını, yəni 38.5 milyon avrosunu istəyən Vanda, mübahisəli boşanma prosesi ilə gündəmə gəlib.
Türk mediasının verdiyi məlumata görə, Vanda Naraya görə bu boşanmanın səbəbi illər öncə İkardinin ona xəyanət etməsidir. Futbolçunun başqa biri ilə münasibətdə olduğunu iddia edən Nara, bu iddialarla geniş müzakirələrə səbəb olmuşdu. Cütlük arasındakı boşanma prosesi həm futbol dünyasında, həm də ictimaiyyət arasında böyük maraq doğurur.