Britni Spirs təhqir edildiyi videodan danışdı

Meksikaya köçən müğənni Britni Spirs, bikinidə çılğın rəqs edərək çəkdiyi video ilə sosial medyada müzakirələrə səbəb olub. Videoya qarşı edilən sərt təhqirlərə cavab olaraq, sənətçi açıqlama verib.

Britni Spirs təhqir edildiyi videodan danışdı
Britni Spirs
reklam

Meksikaya köçən müğənni Britni Spirs son zamanlar sosial mediada yayımladığı bir video ilə diqqət mərkəzinə düşüb. Videoda, o, bikinidə dəlisov şəkildə rəqs edir, ayaq üstə çətinliklə dura bilir və ombasına şillə vurur. Bu qeyri-adi görüntülər tez bir zamanda internet istifadəçilərinin diqqətini cəlb edib, amma Britni videonu dərhal silsə də, izləyicilər onu çoxdan yükləyib paylaşmışdılar.

Videoya edilən təhqir dolu şərhlərdən sonra, müğənni bir açıqlama yayımlayaraq, videonu niyə sildiyini açıqladı. "Rəqs videosunu sildim, çünki bir çox insan təhqirdolu sözlər dedi... Kədərimin nə qədər dərin olduğunu bilsəydilər, bunu etməzdilər. Oynamağım, əylənməyim bir möcüzədir. Telefonumda göstərmədiyim çox şey var. Amma insanların haqqımda pis söz yazması məni incidir," – deyə Britni paylaşımında bildirib.

Eyni zamanda, çəki artımından bəhs edərək, "Yemək məni altı yaşlı uşaq kimi sevindirir. Düzünü desəm, bu, seksdən daha həzvericidir," – deyə yazıb.