61 yaşlı qadını vuraraq hadisə yerindən uzaqlaşıb-FOTO

Məşhur rusiyalı müğənni Aleksandr Buynov piyada keçidində 61 yaşlı qadını vurub. O, polisə verdiyi ifadəsində qadını görmədiyini və reaksiya verməyə vaxtının olmadığını bildirib. Müğənninin daha əvvəl də yol qaydalarını pozduğu məlum olub.

61 yaşlı qadını vuraraq hadisə yerindən uzaqlaşıb-FOTO
Alexander Buinov
reklam

Rusiyanın xalq artisti Aleksandr Buynov piyada keçidində yaşlı qadını vuraraq hadisə yerindən uzaqlaşıb.

Müğənni "Lexus LX 570" markalı avtomobili ilə Aprelevkada, Fevralskaya küçəsində nizamlanmayan piyada keçidində 61 yaşlı qadını vurub. Hadisə ilə bağlı açıqlama verən Buynov qadını görmədiyini və reaksiya vermək üçün vaxtının olmadığını bildirib.

Qəza nəticəsində zərərçəkən qadın xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, müğənni 2017-ci ildən bəri 172 dəfə yol polisi tərəfindən cərimələnib və bunların 112-si sürət həddini aşmaqla bağlıdır. O, 2022-ci ildə də başqa bir yol qəzasına düşüb.

reklam
reklam