9 il əvvəl çəkildiyi seriala görə prokurorluğa çağırıldı-FOTO
Türkiyəli aktrisa Melisa Sözen, 2016-cı ildə çəkildiyi "Le Bureau des Legends" adlı Fransa istehsalı seriala görə ifadə verməyə çağırılıb. Aktrisanın serialın üçüncü mövsümündə PKK/YPG-yə aid olduğu iddia edilən bir formada görünməsi səbəbindən araşdırma başlatılıb.

Türkiyəli aktrisa Melisa Sözen, 2016-cı ildə rol aldığı Fransa istehsalı "Le Bureau des Legends" serialına görə ifadə verməyə çağırılıb.
Milli.Az-ın "Habertürk"ə istinadən verdiyi xəbərə görə, aktrisanın serialın üçüncü mövsümündə PKK/YPG-yə aid olduğu iddia edilən bir formada görünməsi araşdırmaya səbəb olub.
Melisa Sözen "terror təşkilatının təbliğatı" ittihamı ilə ifadə verərək belə deyib:
"Geyindiyim paltarın belə bir təşkilatı simvolizə etdiyini bilmirdim. Həmin filmdə agent rolunu oynayırdım. Serial Türkiyədə yayımlanmayıb. Mən ölkəmi və millətimi sevən biriyəm."
Qeyd edək ki, aktrisa sözügedən serialda Suriyada İŞİD-ə qarşı döyüşən ikili agent obrazını canlandırıb.