97-ci "Oskar" Mükafatlarının Qalibləri Açıqlanıb

Los-Ancelesdə keçirilən 97-ci Akademiya Mükafatlarının təqdimetmə mərasimində ilin ən yaxşı filmləri, aktyorları və sənətçiləri mükafatlandırılıb. "Anora" filmi bir neçə əsas nominasiyada qalib olub.

97-ci "Oskar" Mükafatlarının Qalibləri Açıqlanıb
Oskar Mükafatları
reklam

Los-Ancelesin "Dolby" teatrında 97-ci Akademiya Mükafatlarının - "Oskar"ın təqdimetmə mərasimi keçirilib. Bu mötəbər tədbirdə ilin ən yaxşı filmləri və kino sənətçiləri mükafatlandırılıb.

Mərasimin əsas qalibləri aşağıdakılardır:

  • Ən yaxşı film"Anora"
  • Ən yaxşı rejissor – Şon Beyker ("Anora")
  • Ən yaxşı qadın aktrisa – Mayki Medison ("Anora")
  • Ən yaxşı kişi aktyor – Edrian Broudi ("Brutalist")
  • Ən yaxşı köməkçi aktyor – Kiran Kalkin ("Gerçək ağrı")
  • Ən yaxşı köməkçi aktrisa – Zoi Saldana ("Emiliya Peres")
  • Ən yaxşı animasiya filmi"Axın"
  • Ən yaxşı qısametrajlı animasiya filmi"Kiparisin kölgəsində"
  • Ən yaxşı kostyum dizaynı"Şər: Qərb Cadugərinin Nağılı"
  • Ən yaxşı ssenari"Anora"
  • Ən yaxşı adaptasiya olunmuş ssenari"Konklav"
  • Ən yaxşı qrim və saç düzümü"Substansiya"
  • Ən yaxşı montaj"Anora"
  • Ən yaxşı bədii dizayn"Şər: Qərb Cadugərinin Nağılı"
  • Ən yaxşı musiqi"El Mal" ("Emiliya Peres")
  • Ən yaxşı saundtrek – Daniel Blumberq ("Brutalist")
  • Ən yaxşı səs"Dune: ikinci hissə"
  • Ən yaxşı vizual effektlər"Dune: ikinci hissə"
  • Ən yaxşı qısametrajlı sənədli film"Başqa torpaq yoxdur"
  • Ən yaxşı qısametrajlı oyun filmi"Mən robot deyiləm"
  • Ən yaxşı operator işi"Brutalist"
  • Ən yaxşı beynəlxalq film"Mən hələ də buradayam"

Tədbir kinosevərlər tərəfindən böyük maraqla izlənilib və bir çox sürpriz nəticələrlə yadda qalıb.