Aleyna kişidə bəyəndiyi xüsusiyyət haqqında danışdı
Aleyna Tilki, ideal kişi haqqında fikirlərini bölüşərək, onun üçün ən vacib xüsusiyyətin gülmək olduğunu və dostluq münasibəti qurmağın önəmli olduğunu qeyd edib.
Məşhur müğənni Aleyna Tilki, bəyəndiyi kişilər haqqında maraqlı açıqlamalar verib. O, türk mətbuatına verdiyi müsahibədə, "Gülməli olmalıdır. Dost kimi əylənə biləndə bəyənirəm. Çox kriteriyam yoxdur" - deyə bildirib. Tilki, münasibətlərdə ən vacib şeyin qarşısındakı insanla yaxşı vaxt keçirmək və gülmək olduğunu vurğulayıb.