Amerikanı Tərk Etmə Səbəbini Açıqladı

"Çarəsiz evdar qadınlar" serialının ulduzu Yeva Lonqoriya, Donald Trampın prezident seçilməsi səbəbindən ABŞ-dan köçdüyünü bildirib. O, "antiutopik" vəziyyətdə yaşamağın artıq mümkün olmadığını vurğulayıb.

Amerikanı Tərk Etmə Səbəbini Açıqladı
Yeva Lonqoriya
reklam

"Çarəsiz evdar qadınlar" ("Desperate Housewives") serialındakı rolu ilə məşhurlaşan aktrisa Yeva Lonqoriya Amerikanı tərk edib. O, bu qərarı Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra aldığını açıqlayıb.

Lonqoriya, yaşadığı ölkənin artıq "antiutopik" bir vəziyyətə gəldiyini düşünərək, həyatını dəyişdirmək qərarına gəldiyini bildirib. Aktrisa, "Mənim üçün artıq iki doğma ölkə var: İspaniya və Meksika" deyərək, ABŞ-dan köçmək qərarının onun üçün nə qədər çətin olsa da, başqa seçimi olmadığına işarə edib. O, həmçinin, "Hə, istədiyim zaman başqa yerlərə gedə bilərəm, amma bu ölkədə gedə bilməyən insanlar üçün çox çətindir" deyə qeyd edib.