Aydan Şener ən böyük peşmanlığını açıqladı

Tanınmış türkiyəli aktrisa Aydan Şener müğənnilik təkliflərini qəbul etmədiyi üçün peşman olduğunu bildirib. O, bu etirafı qonaq olduğu "YouTube" proqramında səsləndirib.

Aydan Şener ən böyük peşmanlığını açıqladı
Aydan Şener
reklam

Son olaraq "Sandık Kokusu" serialında rol alan türkiyəli məşhur aktrisa Aydan Şener qonaq olduğu Sibel Arnanın "YouTube" proqramında həyatının ən böyük peşmanlığını açıqlayıb.

Aktrisa 1986-cı ildə yayımlanan "Çalıkuşu" serialından sonra ona müğənniliklə bağlı çoxsaylı təkliflər gəldiyini, lakin bu təklifləri qəbul etmədiyini etiraf edib:
"Çox təklif gəldi, amma ifaçılıq mənə uyğun bir şey deyil. Kazino mühiti, içkili insanlar, oradan-buradan kimsə sataşar deyə çəkinirdim. Düzdür, möhtəşəm səsim yoxdur, amma oxuya bilərdim. O dövrdə yalnız aktrisa olmağa qərar verdim, amma indi geriyə baxanda bir kaset çıxara bilərdim" – deyə Şener bildirib.

Aydan Şener, aparıcının "Kaş bir cəhd etsəydiniz?" sualına isə tərəddüdsüz şəkildə "Bəli" cavabını verib.