Aysel Əlizadədən "Oğlanın var?" sualına maraqlı cavab
Müğənni Aysel Əlizadə şəxsi həyatı və estetik əməliyyatlarla bağlı izləyicilərinin suallarına səmimi cavablar verib. Onun açıqlamaları sosial mediada maraqla qarşılanıb.
Müğənni Aysel Əlizadə sosial media hesabında izləyicilərinin suallarını cavablandıraraq gündəmə gəlib. O, süd vəzi əməliyyatı etdirməsi ilə bağlı yayılan iddialara belə reaksiya verib: "Qətiyyən belə bir əməliyyat etdirməmişəm. Əgər olsaydı, səmimi şəkildə etiraf edərdim. Bunun qeyri-adi bir şey olduğunu düşünmürəm. Amma üzümə müəyyən vitaminlər vurdururam, bu normaldır." Şəxsi həyatı ilə bağlı "Oğlanın var?" sualına isə müğənni belə cavab verib: "Subayam. Qəlbimi yandıran insanı silib uzaqlaşıram. Mən aid olduğum torpaqda çiçək açmağı sevirəm. Hər kəs sevgiyə layiq deyil. Layiq olmayanlara həyatımda yer vermədiyim üçün qəlbimi yandırmağa da imkan yaratmıram. Dəyərli olan əllərin qədrini bilməyi öyrənməliyik." Ayselin bu açıqlamaları izləyiciləri tərəfindən səmimi və motivasiyaedici ifadələr kimi qiymətləndirilib.