Elgiz Əkbərin səhhətindəki problemlər
Aparıcı Elgiz Əkbər səhhətindəki problemlərdən danışıb və son zamanlar yaşadığı çətinlikləri açıqlayıb.
Aparıcı Elgiz Əkbər səhhətindəki problemlərdən danışıb. Çəkilişdən sonra ürəyinin getdiyini və buna görə yıxıldığını açıqlayan Əkbər, müxtəlif sağlamlıq şikayətlərindən əziyyət çəkdiyini bildirib. O, ən azından 10 fərqli xəstəliyi olduğunu qeyd edib: "Təzyiqim var, başım gicəllənir, hava soyuq olanda qolum ağrıyır. Ölürəm, sürünə-sürünə gəlirəm. Hərdən verilişdən sonra ürəyim gedir, yıxılıram. Bu yaxınlarda da oldu, verilişdən sonra yıxıldım. Təzyiqim də qalxırsa, cəhənnəmə qalxsın", — deyə Elgiz Əkbər vurğulayıb.