"Aysel toya getmir, dəvət etməsinlər"
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu həyat yoldaşı Aysel İbrahimovaya qoyduğu qadağadan danışıb və onun toy məclislərinə qatılmamasını istədiyini bildirib.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, aktrisa həyat yoldaşı Aysel İbrahimovaya qoyduğu qadağa ilə bağlı açıqlama verib. Musiqiçi "Xəzər axşamı" verilişində iştirak edərək həyat yoldaşının toy məclislərinə getməməsi üçün ona qadağa qoyduğunu bildirib.
O, qeyd edib ki, Aysel müğənnilik fəaliyyəti ilə məşğuldur, amma onun toy məclislərinə qatılmasına icazə vermir: "Verilişlərdə çıxıb oxuya bilər. Dövlət tədbirlərinə də qatılır. Amma Aysel toya getmir, dəvət etməsinlər."
Hüseyn və Ayselin bu nikahdan bir oğul övladı var.