Azər Baxşəliyevin Xanımından Dostlarına Xahiş

Azər Baxşəliyevin vəfatından sonra xanımı Nigar Baxşəliyeva onun dostlarından xahiş edib. O, həyat yoldaşı ilə bağlı yalnız pozitiv və xoş xatirələrin paylaşılmasını istəyib.

Azər Baxşəliyevin Xanımından Dostlarına Xahiş
Azər Baxşəliyev, Nigar Baxşəliyeva
reklam

Ötən gün vəfat edən aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva, onun dostlarından həyat yoldaşı ilə bağlı xahiş edib. İlkin Həsəni "Xəzər axşamı" verilişində verdiyi müsahibədə bildirib ki, Nigar Baxşəliyeva dostlarından Azərlə bağlı yalnız pozitiv xatirələrini bölüşmələrini istəyib.

O, belə deyib: "Azərin xanımı dedi ki, hamınızdan çox xahiş edirəm. Azərlə bağlı ancaq pozitiv şeylər paylaşın. Onun gülməyini, zarafatlaşdığı videoları bölüşün. İstəyirəm ki, onunla bağlı pozitiv xatirələr danışılsın. Xahiş edirəm, qəmli sözlər yazmayın, qəmli danışmayın. Biz də dostları olaraq buradayıq ki, onunla bağlı ancaq təbəssümlə danışmaq lazımdır".