Türkiyənin birincisi seçildi: Sosial media ikiyə bölündü

Türkiyənin ən məşhur müğənnilərindən biri olan Zeynep Bastık, sosial mediada keçirilən sorğuda "Ən Seksual Türk Qadını" seçilib. Bu mükafat sosial mediada böyük müzakirələrə səbəb olub və izləyicilər arasında qarşılıqlı fikirlər yaranıb.

Türkiyənin birincisi seçildi: Sosial media ikiyə bölündü
Zeynep Bastık
reklam

Türkiyənin son illərdəki ən məşhur müğənnilərindən biri olan Zeynep Bastık, sosial mediada keçirilən sorğuda "Ən Seksual Türk Qadını" seçilib. 31 yaşlı müğənni bu adla gündəmə gəlib, lakin nəticə sosial mediada geniş müzakirələrə səbəb olub.

Bastıkın pərəstişkarları onun bu adı qazanmağa layiq olduğunu düşünərək, müsbət şərhlər yazıblar: "Layiq olduğu adı aldı", "Çox gözəl qadındır" kimi fikirlər səslənib. Ancaq bəzi istifadəçilər onun seçilməsini tənqid edərək, "Gözəlmi görməmişik?" və "Münsiflər heyəti onu nəyə görə seçdi?" kimi suallar irəli sürüblər.

Zeynep Bastık son dövrlərdə bir çox hit mahnılarla məşhurdur. Onun ifa etdiyi "Uslanmıyor bu", "Lan", "Gül beyaz Gül", "Yanımda kal", "Yağmur", "Toz duman", "Çalkala" və digər populyar əsərləri geniş dinləyici kütləsi tərəfindən sevilir.