Ferdi Tayfurun Mirası ilə Bağlı Sərt Reaksiya-FOTO
Arabesk musiqisinin əfsanəvi simalarından biri olan Ferdi Tayfurun vəfatından sonra onun əmlakı ilə bağlı iddialar gündəm olub. İddialara görə, mərhum sənətçinin Marmarisdə bir koyu və bir yarımadası, Adanada 50 mənzili, İstanbulda isə 30 evi və 6 villası var. Sosial mediada bu mövzu ətrafında tənqidi şərhlər yayıldıqdan sonra müğənni Gülben Ergen bu rəylərə sərt reaksiya verib. O, şəxsi sosial media hesabında açıqlama paylaşaraq, Tayfurun illərlə sənət fəaliyyətindən qazandığı uğurların və sərvətinin tənqid edilməsinin haqsız olduğunu bildirib.
Ferdi Tayfur 2 yanvar tarixində Marmarisdəki evində dünyasını dəyişib. Daha əvvəl ürək əməliyyatı və böyrək köçürülməsi keçirdiyi üçün səhhətində problemlər yaşasa da, vəziyyətinin yaxşılaşdığı bildirilirdi. Ancaq Tayfurun qəfil vəfatı sənət dünyasını və sevənlərini yasa boğub. Onun dəfn mərasiminə yüzlərlə insan qatılıb.Ergen, Ferdi Tayfurun uzun illər sənət karyerası ərzində qazandığı uğurlu karyerasının və sərvətinin tənqid edilməsinin yersiz və ədalətsiz olduğunu vurğulayıb.