Mirkamil Niyə Səhnədən Uzaqlaşıb?
Müğənni Ramal İsrafilovun qardaşı Vüsal İsrafilov uzun müddətdir sənətdən uzaqlaşan bibisi oğlu Mirkamil Kamilov barədə danışıb. Onun efirlərə çıxmamasının səbəbi nədir? Ailə üzvlərinin açıqlamaları diqqət çəkir.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Müğənni Ramal İsrafilovun qardaşı Vüsal İsrafilov uzun müddətdir səhnədən uzaqlaşan bibisi oğlu Mirkamil Kamilov haqqında danışıb.
Vüsal İsrafilov “Günaydın, Azərbaycan!” verilişində Mirkamilin səhnəyə qayıtmaması ilə bağlı suallara cavab verib:
"Bəziləri yazır ki, biz ona paxıllıq edirik. O bizim canımız, qanımızdır, bibimizin oğludur. Ona necə paxıllıq edə bilərik? İnsan nə edirsə, özünə edir. Mirkamil efirə çıxmaq istəsə, heç bir problem yoxdur. Hətta Ramal ona mahnılarını verməyə və yeni bəstələr yazmağa hazırdır. Biz bir babanın nəvələriyik."
Ramal İsrafilov da mövzuya toxunaraq bu sözləri deyib:
"Allah ona nur verib, yaraşıqlıdır. Hər baxımdan yaxşı insandır – həm ürəyi, həm də xarakteri. Sadəcə olaraq, gəlsin, efirə çıxsın. Çünki düşmənlərimiz çoxdur."
Qeyd edək ki, Mirkamil Xalq artisti Mələkxanım Eyubovanın bacısı oğludur. Son illər səhnədən uzaqlaşıb, sosial şəbəkə hesablarını silib və heç bir verilişdə görünməyib.
Müğənni 2014-cü ildə ürək əməliyyatı keçirib. 2018-2019-cu illərdə isə sosial şəbəkələrdəki qəribə paylaşımları ilə gündəmə gəlmişdi. Hətta bir açıqlamasında narkotikdən asılı olduğunu etiraf etmişdi.
Onun yenidən səhnəyə qayıdıb-qayıtmayacağı hələ də sual altındadır.
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 169
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 51
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox