“Bilsəydim, çoxdan boşanardım”-DEDİ

Əməkdar artist Lalə Məmmədova şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. O, boşanma qərarı ilə bağlı fikirlərini bölüşərək, bu addımı atmasaydı, həyatının daha fərqli olacağını etiraf edib.

“Bilsəydim, çoxdan boşanardım”-DEDİ
Lalə Məmmədova
reklam

Əməkdar artist Lalə Məmmədova, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində şəxsi həyatı barədə açıqlamalar verib. Müğənni, boşanma qərarına necə gəldiyini və bu qərarın onu necə dəyişdiyini danışıb. "Əgər əvvəl bilsəydim, çoxdan boşanardım", – deyə Lalə Məmmədova bildirib. O, həyatının çətin anlarının, gələcəkdə ona dəyərli təcrübə qazandırdığını vurğulayıb: "Həmin anda mənim üçün faciə görünən pis hadisələri illər keçdikcə deyirəm ki, nə yaxşı olub. Bunlar olmasaydı, bu yaşıma qədər hələ də yuxuda olardım." Müğənni şəxsi həyatına daha dərin nəzər yetirərək bildirib ki, iki övladı ona görə heç nəyə peşman deyil: "Onu da yaşamalıydım ki, bu övladlarım olsun. Bəlkə başqası ilə evlənsəm, bu uşaqlarım olmayacaqdı. Lakin indi böyüyən uşaqlarımı görürəm, deyirəm, nə yaxşı ki, onlar var." Lalə Məmmədova, münasibətlərindəki yaş fərqinə və bu fərqin onların həyatına necə təsir etdiyinə də toxunub. O, həmçinin, qadınların sevgidən sonra gözəlləşməsini müzakirə edərək, bunun yalnız sabah üçün rahatlıq və güvənlik verən münasibətlərdə mümkün olduğunu qeyd edib. "Əgər qadın sevərək gözəlləşməsinin bədəlini ağır ödəmirsə, gözəlləşsin. Əgər bu gözəlləşməyin sonunda çöküş, uçurum, dağın başından aşağı enmək varsa, yerində qalsın, heç gözəlləşməsin", – deyə o əlavə edib. Lalə Məmmədova, öz həyat təcrübəsindən çıxardığı dərsləri bölüşərək, həm qadınlara, həm də cəmiyyətə daha müdrik yanaşma tövsiyə edib.