“Biz O Daş Parçasını Yusaq Nə Dəyişəcək?”-FOTO
Əməkdar artist Tünzalə Əliyevanın ölümündən iki il sonra həyat yoldaşı Röyal aktrisanın xatirəsini paylaşaraq, sosial şəbəkədəki şərhlərə cavab verib. O, xanımına olan sevgisini və insanların fikirlərinə olan hörmətini vurğulayıb.
Əməkdar artist Tünzalə Əliyevanın ölümündən iki il keçdi. Həyat yoldaşı Röyal, sosial şəbəkədə xanımının xatirəsini bu sözlərlə yad edib:
"Saat 10:00-da ürəyi dayandı, amma yenidən vurmağa başladı. Saat 11:00-da yenə ürək dayandı. Allah rəhmət eləsin… Bu söz 770 gündür ki, qulağımda səslənir. Ömrümün sonuna kimi də səslənəcək. Ad günlərimi unuduram, hər dəfə Tünzalə xatırladırdı. Amma öldüyü günü bilirəm: 21.01.2023…"
Röyal, insanların sosial şəbəkələrdə yazdıqları şərhlərə də toxunaraq bildirib:
"İnsanların fikirlərinə Allah rızası üçün hörmət edirəm. Lakin bəzən başqa səhifələrdə şərhləri oxuyuram: Zəhra Tünzalə ilə eyni geyimi geyinib və ya qəbr daşını niyə yumurlar? Oxuyub keçirəm. Biz ailə quranda da çox söz yazıldı, əsla cavab vermədik. Lakin o şərhləri ailə üzvlərimiz, dostlarımız da oxuyur. Yaxşı deyil... Biz o daş parçasını yusaq nə dəyişəcək? Mənim üçün daş parçasıdır. Lakin insanların inancına, düşüncəsinə hörmət edirik."
Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa xərçəngdən əziyyət çəkirdi və 2023-cü ildə dünyasını dəyişib. Röyal ilə ailəli olan Tünzalənin Zəhra adlı bir qızı var.