“Bu, böyük əməkdir”

Xalq artisti Aygün Kazımova gözəlliyini qorumaq üçün ciddi rejimə riayət etdiyini bildirib. O, səhərlər erkən oyanaraq özünə vaxt ayırdığını və bu prosesin böyük əmək tələb etdiyini vurğulayıb.

“Bu, böyük əməkdir”
Aygün Kazımova
reklam

Xalq artisti Aygün Kazımova gözəllik sirrini açıqlayıb. Müğənni bunun böyük əmək tələb etdiyini və özünə daim vaxt ayırdığını bildirib.

"Bu, böyük əməkdir: Özünə bu qədər vaxt sərf edib, özünlə məşğul olmaq, özünü sevmək. Bütün bunlar vaxt tələb edir. Çalışıram günümü elə qurum ki, bunları çatdıra bilim", – deyə o, "Qonaqcanlı" verilişində bildirib.

Pop kraliça gözəlliyini qorumaq üçün xüsusi rejim qurduğunu və ona ciddi riayət etdiyini vurğulayıb:

"İndi isə vaxtım daha azdır. Əvvəl 24 saat idisə, indi 18 saatdır. Mən belə hesablayıram. Səhər tezdən – 5, 6, ən gec 8-də oyanıram. Axşam isə erkən yatıram. Rejimə ciddi əməl edirəm. Bu gün yaxşı görünməyimin əsas səbəbi məhz bu rejimdir. Bəzən yoruluram, bunu etiraf edirəm. Amma efirdə büruzə vermirəm. Yorulanda özümə bəzi şeylərə icazə verirəm, qadağaları kənara qoyuram ki, toparlanım".