"Buna dəyəcək bir ailəm olarsa, sənətdən gedərəm"-VİDEO

Əməkdar artist Nigar Şabanova ailəsi üçün sənətdən imtina edə biləcəyini bildirib. Müğənni ailəsinin istəyi və etibar qazandıqdan sonra bu addımı ata biləcəyini vurğulayıb.

"Buna dəyəcək bir ailəm olarsa, sənətdən gedərəm"-VİDEO
Nigar Şabanova
reklam

Əməkdar artist Nigar Şabanova şəxsi həyatına dair maraqlı açıqlama verib. O, qonaq olduğu verilişdə ailəsinin istəyəcəyi təqdirdə sənətdən ayrılmağa hazır olduğunu bildirib.

"Sənətdən getməyə dəyəcək bir ailəm olarsa, bu addımı ataram. Amma müəyyən bir zamandan sonra. Artıq ailə məsələsində dilim yanıb. Qarşı tərəfi tanıdıqdan və etibar qazandıqdan sonra görsəm ki, buna dəyər, qərarımı verərəm. Sənət gəldi, gedərdi, amma insanın evində ona dayaq olan birinin olması çox önəmlidir," – deyə sənətçi bildirib.

Qeyd edək ki, Nigar Şabanova iki dəfə ailə qurub və boşanıb.