“Çarəsizliyə Şahid Oldum”

Məşhur müğənni Mahsun Kırmızıgül, Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzində baş verən yanğın zamanı qızı ilə yaxınlıqdakı oteldə olub. O, yaşadığı dəhşətli anları və insanların çarəsizliyini sosial şəbəkələrdə paylaşaraq, hadisəyə dair düşüncələrini bildirib.

“Çarəsizliyə Şahid Oldum”
Mahsun Kırmızıgül
reklam

Türkiyənin Bolu vilayətindəki Kartalkaya dağ-xizək mərkəzində baş verən yanğın zamanı məşhur müğənni Mahsun Kırmızıgül də qızı Lavinlə yaxınlıqdakı oteldə olub. Müğənni sosial şəbəkədə bu barədə məlumat verərək yaşadıqları dəhşətli anları və gördükləri çarəsizliyi bölüşüb.

Mahsun, 8 yaşlı qızı ilə semestr tətilini keçirmək üçün Kartalkayaya gəldiyini bildirib. O, hadisənin yaşandığı anı belə təsvir edib:
"İki gün əvvəl qızımla semester tətilinə Kartalkayaya gəldik. Dünən gecə saat 5-6 radələrində otağımızın telefonu zəng çalmağa başladı, kənardan səslər gəlirdi. Biz o səslərə oyandıq. Yanğın baş verən oteldən 50 metr aralıda idik. Bu dəhşətli yanğın idi. İnsanlar öz həyatlarından narahat idilər. Xizək təlimatçıları səfərbər edildi. İnsanlar qorxulu anlar yaşadılar. Allahdan həyatını itirənlərə rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dramatik mühitdə insanların çarəsizliyinə şahid olmaq çox üzücüdür. Belə otellərdə yanğından xilasetmə çox vacibdir. Bəlkə də olsaydı, ölümlər daha az olardı. Ehtiyat tədbirləri görmək lazımdır."