"Elə bildim ki, sayılı günlərim qalıb"

Əməkdar artist Aybəniz Haşımova səhhətində yaranan problemlər və yaşadığı çətinliklərdən danışıb.

"Elə bildim ki, sayılı günlərim qalıb"
Aybəniz Haşımova
reklam

Əməkdar artist Aybəniz Haşımova səhhətindəki çətinliklərdən və yaşadığı emosional vəziyyətdən danışıb. "Xəzərin sahilində" verilişində qonaq olan müğənni depressiya keçirdiyini bildirib.

Sənətçi bir il əvvəl tükənmişlik hiss etdiyini vurğulayıb:

"Özümü tamamilə tükənmiş hiss edirdim, elə bilirdim ki, həyatımda sayılı günlərim qalıb. Ancaq içimdə qəribə bir səs mənə 'Dur ayağa' dedi və o andan sonra toparlanmağa başladım" – deyə o, açıqlayıb.