Cavidandan Xalq artistinə sərt cavab – "Susacağam..."-FOTO

Akademik Milli Dram Teatrından uzaqlaşdırılması ilə bağlı Xalq artisti Əli Nurun açıqlamalarına aktyor Cavidan Novruz instaqramda paylaşım edərək cavab verib. O, Əli Nurun fikirlərinə sərt reaksiya göstərib və məsələ ilə bağlı daha çox danışmaq istəmədiyini bildirib.

Cavidandan Xalq artistinə sərt cavab – "Susacağam..."-FOTO
Cavidan Novruz
reklam

Akademik Milli Dram Teatrından uzaqlaşdırılması ilə bağlı Xalq artisti Əli Nurun qalmaqallı açıqlamaları aktyor Cavidan Novruzu susmağa vadar etməyib.

Aktyor məsələ ilə bağlı instaqramda paylaşım edərək Əli Nurun fikirlərinə reaksiya verib:

"Həmişə qışqıran, rahatlıqla kiminsə ailəsinə dil uzadan, söyüşlə danışan adamların günahı olur. İnanın ki, bu belədir. Belə insanlar hər zaman yalan danışır. Həmişə bağıra-bağıra danışan, çox tez-tez bir şeyi söyüşlə, qışqırtı ilə izah edən adamlar yalançı olur. Susacağam... Nə deyilsə belə susacağam. Heç kimə cavab verməyəcəyəm. Lazım gəlsə təklikdə cavab verəcəyəm".

Qeyd edək ki, Cavidan Novruz daha əvvəl atasının dəfn mərasimi ilə bağlı açıqlama verərək, "Atamın dəfnində təmtəraqlı çıxışlar olmadı. Əli Nurun ora gəlməsinin bir mənası yox idi" sözlərini demişdi. Bu fikirlər Xalq artistinin etirazına səbəb olub.

reklam
reklam